Futbol üzrə Türkiyə milli komandasının baş məşqçisi Şenol Güneş və komandanın meneceri Hüseyn Coşkun dekabrın 5-də Bakıya səfərə gəlib.
NUHÇIXAN xəbər verir ki, səfər çərçivəsində türkiyəli qonaqlar Bakı şəhərindəki stadionlara və otellərə baxış keçiriblər.
Xatırladaq ki, “Avro 2020”nin final mərhələsinin A qrupunda Türkiyə millisi iyunun 17-də Uels, 4 gün sonra isə İsveçrə millisi ilə Bakı Olimpiya Stadionunda qarşılaşacaq.