Türkiyə Superliqası: "Fənərbağça" doğma meydanda böyük hesabla qələbə qazanıb

A- A A+

Dekabrın 6-da Türkiyə Superliqasının XIV turunda "Fənərbağça" doğma meydanda "Gənclərbirliyi"ni qəbul edib.

NUHÇIXAN xəbər verir ki, oyun İstanbul təmsilçilərinin 5:2 hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşmada İstanbul komandasında Vedat Muruqi (23, 39), Luiz Qustavo (32), Fərdi Kadiroğlu (74) və Maks Kruze (87) fərqlənib. Qonaqların heyətində isə Covanni Sio (8) və Boqdan Stancu irəli çıxıblar.

Dekabrın 7-8 və 9-da "Yeni Malatyaspor" – "Sivasspor", "Ankaragücü" – "Göztəpə", "Qalatasaray" – "Alanyaspor", "Konyaspor" – "Qaziantep", "Antalyaspor" – "Trabzonspor", "Dənizlispor" – "Başakşəhər", "Kasımpaşa" – "Beşiktaş" və "Kayserispor" – "Rizəspor" komandaları görüşəcəklər.

Hazırda "Sivasspor" klubu 27 xalla vahid liderdir. "Fənərbağça" və "İstanbul Başakşəhər" klubları isə 25 xalla ilk iki pillədə yer alıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: