“Qalatasaray” doğma meydanda “Alanyaspor”u minimal hesabla məğlub edib

A- A A+

Dekabrın 7-də Türkiyə Superliqasının XIV turunda "Qalatasaray" doğma meydanda "Alanyaspor"u qəbul edib.

NUHÇIXAN xəbər verir ki, "Türk Telekom" stadionunda keçirilən oyunda İstanbul təmsilçiləri minimal hesabla qalib gəlib - 1:0. Görüşdə yeganə qolu "Qalatasaray"ın yarımmüdafiəçisi Younes Belhanda vurub.

Turun digər oyunlarında "Sivasspor" səfərdə "Yeni Malatyaspor"u 1:3 hesabı ilə üstələyib. "Ankaragücü" isə doğma meydanda "Göztəpə"yə 1:3 hesabı ilə məğlub olub.

Dekabrın 8 və 9-da "Konyaspor" – "Qaziantep", "Antalyaspor" – "Trabzonspor", "Dənizlispor" – "Başakşəhər", "Kasımpaşa" – "Beşiktaş" və "Kayserispor" – "Rizəspor" görüşləri oynanılacaq.

Hazırda "Sivasspor" klubu 30 xalla vahid liderdir. "Fənərbağça" və "İstanbul Başakşəhər" klubları 25 xalla ikinci və üçüncü pillədə yer alıblar.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: