İranın “Traktor” futbol klubunun prezidenti istefa verib.
NUHÇIXAN xəbər verir ki, Təbriz təmsilçisinin prezidenti Qulamreza Sadegian klubda tutduğu postdan ayrılıb. Sabiq prezident istefasını kənar müdaxilələrin olması ilə əlaqələndirib.
Q.Sadegiandan 3 gün əvvəl komandanın türkiyəli baş məşqçisi Mustafa Dənizli də istefa verib.
Qeyd edək ki, “Traktor” komandası hazırda İran çempionatında 18 xalla 9-cu pillədə qərarlaşıb.