UEFA Çempionlar Liqası: Daha 8 komanda pley-off mərhələsinə vəsiqəni rəsmiləşdirib

A- A A+

Dekabrın 11-də UEFA Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunun daha 8 qarşılaşması oynanılıb.

NUHÇIXAN xəbər verir ki, turun ikinci oyun günündə A, B, C və D qrupundakı ilk iki yeri tutan komandalar bəlli olub. Bunlar A qrupunda PSJ və “Real Madrid”, B qrupunda “Bavariya” və “Tottenhem”, C qrupunda “Mançester Siti” və “Atalanta”, D qrupunda isə “Yuventus” və “Atletiko Madrid” klublarıdır.

Turun ikinci oyun günündə aşağıdakı hesablar qeydə alınıb:

A qrupu:

PSJ (Fransa) – “Qalatasaray” (Türkiyə) - 5:0;

“Brügge” (Belçika) – “Real Madrid” (İspaniya) - 1:3.

 

B qrupu:

“Bavariya” (Almaniya) – “Tottenhem” (İngiltərə) - 3:1;

“Olimpiakos” (Yunanıstan) – “Srvena Zvezda” (Serbiya) - 1:0.

 

C qrupu:

“Dinamo Zaqreb” (Xorvatiya) – “Mançester Siti” (İngiltərə) - 1:4;

“Şaxtyor” (Donetsk, Ukrayna) – “Atalanta” (İtaliya) - 0:3.

 

D qrupu:

“Bayer Leverkuzen” (Almaniya) – “Yuventus” (İtaliya) - 0:2;

“Atletiko Madrid” (İspaniya) – “Lokomotiv” (Moskva, Rusiya) - 2:0.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: