Dekabrın 12-də oynanılacaq 24 qarşılaşma ilə UEFA Avropa Liqasının qrup mərhələsinə yekun vurulacaq.
NUHÇIXAN xəbər verir ki, A qrupunda yer alan Azərbaycan təmsilçisi “Qarabağ” Bakıda Lüksemburqun “Düdelanj” komandasını qəbul edəcək. Qrupun digər oyununda növbəti mərhələyə vəsiqə qazanan iki komanda Kiprin APOEL və İspaniyanın “Sevilya” klubları üz-üzə gələcəklər.
Qeyd edək ki, artıq 13 komanda növbəti mərhələyə vəsiqəni təmin edib. Bunlar APOEL (Kipr), “AZ Alkmaar” (Hollandiya), “Bazel” (İsveçrə), “Braqa” (Portuqaliya), “Seltik” (Şotlandiya), “Espanyol” (İspaniya), “Gent” (Belçika), “LASK Linz” (Avstriya), “Mançester Yunayted”, “Sevilya” (İspaniya), “Sportinq” (Portuqaliya), “Volfsburq” (Almaniya), “Vulverhempton” (İngiltərə) komandalarıdır. Digər 11 vəsiqənin sahibi isə bu gün müəyyənləşəcək.
Günün bütün görüşləri aşağıdakılardır:
A qrupu:
“Qarabağ” (Azərbaycan) – “Düdelanj” (Lüksemburq);
APOEL (Kipr) – “Sevilya” (İspaniya).
Qrupdakı vəziyyət: “Sevilya” - 15, APOEL - 7, “Qarabağ” - 4, “Düdelanj” - 3.
B qrupu:
“Kopenhagen” (Danimarka) – “Malmö” (İsveç);
“Dinamo” (Kiyev, Ukrayna) – “Luqano" (İsveçrə).
Qrupdakı vəziyyət: “Kopenhagen”- 9, “Malmö” - 8, “Dinamo” - 6, “Luqano” – 2.
C qrupu:
“Bazel” (İsveçrə) – “Trabzonspor” (Türkiyə);
“Xetafe” (İspaniya) – “Krasnodar” (Rusiya).
Qrupdakı vəziyyət: “Bazel” - 10, “Krasnodar” - 9, “Xetafe” - 9, “Trabzonspor” - 1.
D qrupu:
“LASK Linz” (Avstriya) – “Sportinq” (Portuqaliya);
“PSV Eyndhoven” (Hollandiya) – “Rusenborq” (Norveç).
Qrupdakı vəziyyət: “Sportinq” - 12, LASK - 10, PSV - 7, “Rusenborq” – 0.
E qrupu:
“ÇFR Kluj” (Rumıniya) – “Seltik” (Şotlandiya);
“Renn” (Fransa) – “Latsio” (İtaliya).
Qrupdakı vəziyyət: “Seltik” - 13, ÇFR - 9, “Latsio” - 6, “Renn” - 1.
F qrupu:
“Standard” (Belçika) – “Arsenal” (İngiltərə);
“Ayntraxt” (Frankfurt, Almaniya) – “Gimarayeş” (Portuqaliya).
Qrupdakı vəziyyət: “Arsenal” - 10, “Ayntraxt” - 9, “Standard” - 7, “Gimarayeş” - 2.
G qrupu:
“Reyncers” (Şotlandiya) – “Yanq Boyz” (İsveçrə);
“Portu” (Portuqaliya) – “Feyenoord” (Hollandiya).
Qrupdakı vəziyyət: “Reyncers” - 8, “Portu” - 7, “Yanq Boyz” - 7, “Feyenoord” - 5.
H qrupu:
“Espanyol” (İspaniya) - MOİK (Moskva, Rusiya);
“Ludoqorets” (Bolqarıstan) – “Ferentsvaroş” (Macarıstan).
Qrupdakı vəziyyət: “Espanyol”- 11, “Ludoqorets” - 7, “Ferentsvaroş” - 6, MOİK – 2.
I qrupu:
“Volfsburq” (Almaniya) – “Sent-Etyen” (Fransa);
“Gent” (Belçika) – “Aleksandriya” (Ukrayna).
Qrupdakı vəziyyət: “Gent” - 9, “Volfsburq” - 8. “Sent-Etyen” - 4, “Aleksandriya” - 3.
J qrupu:
“Borussiya Mönxenqladbax” (Almaniya) – “Başakşehir” (Türkiyə);
“Roma” (İtaliya) – “Volfsberq” (Avstriya).
Qrupdakı vəziyyət: “Borussiya” - 8, “Roma” - 8, “Başakşehir” - 7, “Volfsberq” - 4.
K qrupu:
“Vulverhempton” (İngiltərə) – “Beşiktaş” (Türkiyə);
“Slovan” (Bratislava, Slovakiya) – “Braqa” (Portuqaliya).
Qrupdakı vəziyyət: “Braqa” - 11, “Vulverhempton” - 10, “Slovan” - 4, “Beşiktaş” - 3.
L qrupu:
“Mançester Yunayted” (İngiltərə) – “AZ Alkmaar” (Hollandiya);
“Partizan” (Serbiya) – “Astana” (Qazaxıstan).
Qrupdakı vəziyyət: “Mançester Yunayted” - 10, AZ - 9, “Partizan” - 5, “Astana” - 3.