Almaniyanın “Borussiya Dortmund” futbol klubunun yarımmüdafiəçisi Kristian Pulişiç ABŞ-da 2019-cu ilin ən yaxşı futbolçusu seçilib.
NUHÇIXAN xəbər verir ki, müqavilə ilə İngiltərənin “Çelsi” komandasına məxsus olan 21 yaşlı futbolçu 38 faiz səslə birinci olub. Cordan Morris (“Sietl”) ikinci, Ueston Makkenni (“Şalke”) isə üçüncü olub.
Qeyd edək ki, Pulişiç ikinci dəfədir Amerikada ilin ən yaxşısı seçilir. Yarımmüdafiəçi 2017-ci ildə də ən yaxşı futbolçu adına layiq görülüb. Amerikalı futbolçu cari mövsümdə Dortmund təmsilçisinin heyətində keçirdiyi 20 oyunda 6 dəfə fərqlənməyi bacarıb.