Muxtar respublika idmançıları muzeylərdə olublar - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, muxtar respublika idmançılarının muzeylərə növbəti gəzintiləri təşkil olunub.

“Əlincəqala” Tarix Mədəniyyət Muzeyində və Gülüstan türbəsində olan Atıcılıq Federasiyasının idmançılarına muzey və türbə haqqında ətraflı məlumat verilib.

 Paralimpiya Federasiyasının idmaçıları “Xan Sarayı”, Hava və Ekstremal İdman Növləri Federasiyasının üzvləri isə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi ilə tanış olublar.

 Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyində olan Kikboksinq Federasiyasının üzvlərinə Azərbaycan ədəbiyyatı tarixini əks etdirən qiymətli əlyazmalar, tətbiqi və təsviri sənət nümunələri, qədim və müasir kitablar, qəzet, jurnal, xatirə əşyaları və digər muzey materialları barədə ətraflı məlumat verilib.

Röyal Kərimov

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: