Sədərək rayonunda mərkəzi stadion yenidən təmir olunub

A- A A+

Sədərək rayonunda mərkəzi stadionun yenidən qurularaq gənclərin istifadəsinə verilməsi Naxçıvanda idmana, idmançılara göstərilən qayğının növbəti töhfəsidir.

Rayon mərkəzi stadionunun yenidən bərpası burada uşaq və yeniyetmələrin, gənclərin asudə vaxtlarının səmərəli təşkil olunmasında müstəsna rol oynayacaq. Eyni zamanda yenidən təmir olunan stadionda keçiriləcək yarışlar, turnirlər istedadlı gənclərin üzə çıxarılmasına şərait yaradacaq.

Qeyd edək ki, uzunluğu 110, eni isə 70 metr olan təbii ot örtüklü stadionun ərazisində 120 nəfərlik müasir oturacaqlar quraşdırılıb. Stadionun ərazisində futbolçular üçün soyunub-geyinmə otaqları, hakim və həkim otaqları, hamamlar tikilib. Bununla yanaşı, stadionun ərazisində basketbol meydançası da inşa edilib və idman qurğuları quraşdırılıb, stadionun ətrafında olan ad göstəriciləri yenilənib. Burada muxtar respublika çempionatı üzrə oyunların, həm də rayon birinciliklərinin keçirilməsi nəzərdə tutulur.

“Oğuz yurdu”

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: