Türkiyə Superliqası: “Beşiktaş” “Yeni Malatyaspor”a məğlub olub

A- A A+

Dekabrın 15-də Türkiyə Superliqasının XV turunda “Beşiktaş” öz meydanında "Yeni Malatyaspor”u qəbul edib.

NUHÇIXAN xəbər verir ki, gərgin hücumlarla yadda qalan oyunda Malatya təmsilçiləri istanbulluları 2 cavabsız topla məğlub ediblər. Qonaqların qollarını Tievi Bifouma (85) və Adis Jahoviç (90) vurub.

Günün digər oyununda “Qaziantep” doğma meydanda “Kayserispor”un qapısından üç cavabsız top keçirib. “Fənərbağça” isə səfərdə “Sivasspor”a 3:1 hesabı ilə uduzub.

XV tura dekabrın 16-də keçiriləcək “Başakşəhər” – “Konyaspor”, “Trabzonspor” – “Dənizlispor” matçları ilə yekun vurulacaq.

Hazırda “Sivasspor” turnir cədvəlinə 33 xalla liderlik edir. “Beşiktaş” 27 xalla ikinci, “Trabzonspor” isə 26 xalla üçüncü pillədə yer alıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: