“Qış kuboku”nun qalibləri müəyyənləşib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Texniki Kollecində “31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və Yeni il münasibətilə gənclər arasında “Nə? Harada? Nə zaman?” İntellektual Oyunu üzrə “Qış kuboku” keçirilib. Gənclər və İdman Nazirliyinin, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin, “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən birincilikdə 100-dən çox gənc iştirak edib.
Oyun 3 turdan ibarət olub. Hər turda 12 sual səsləndirilib. Sonda daha çox suala düzgün cavab verən komandalar qalib hesab olunublar.
“Diplomat” komandası I , “Turan” komandası II, “Zirvə” komandası isə III yerin qalibi olublar. Sonda qalib komandalara Gənclər və İdman Nazirliyi tərəfindən kubok və diplom, komanda üzvlərinə isə fəxri fərman, medal və kino biletləri təqdim edilib.
Qeyd edək ki, oyunda iştirak edən 18 komanda Gənclər və İdman Nazirliyinin naxgin.az saytından əvvəlcədən qeydiyyatdan keçərək oyunda iştirak etmək hüququ qazanıblar.