Dekabrın 16-da UEFA-nın İsveçrədəki mənzil-qərargahında Avropa Liqasının 2019-2020-ci il mövsümünün onaltıdabir final mərhələsinin püşkü atılıb.
NUHÇIXAN xəbər verir ki, püşkün nəticələrinə əsasən, onaltıdabir finalda komandalar aşağıdakı kimi qarşılaşacaqlar:
“Vulverhempton” (İngiltərə) - “Espanyol” (İspaniya);
“Sportinq” (Portuqaliya) - “Başakşehir” (Türkiyə);
“Xetafe” (İspaniya) - “Ayaks” (Niderland);
“Bayer Leverkuzen” (Almaniya) - “Portu” (Portuqaliya);
“Kopenhagen” (Danimarka) - “Seltik” (Şotlandiya);
APOEL (Kipr) - “Bazel” (İsveçrə);
“ÇFR Kluj” (Rumıniya) - “Sevilya” (İspaniya);
“Olimpiakos” (Yunanıstan) - “Arsenal” (İngiltərə);
“AZ Alkmaar” (Hollandiya) - LASK (Avstriya);
“Brügge” (Belçika) - “Mançester Yunayted” (İngiltərə);
“Ludoqorets” (Bolqarıstan) - “İnter” (İtaliya);
“Ayntraxt Frankfurt” (Almaniya) - “Zaltsburq” (Avstriya);
“Şaxtyor Donetsk” (Ukrayna) - “Benfika” (Portuqaliya);
“Volfsburq” (Almaniya) - “Malmö” (İsveç);
“Roma” (İtaliya) – “Gent” (Belçika);
“Reyncers” (Şotlandiya) - “Braqa” (Portuqaliya).
Qeyd edək ki, onaltıdabir final mərhələsinin ilk görüşləri fevralın 20-də, cavab qarşılaşmaları bir həftə sonra oynanılacaq.
UEFA Avropa Liqasının final matçı Polşanın “Leqiya” klubunun ev oyunlarını keçirdiyi Qdansk şəhərindəki “PGE Arena”da baş tutacaq.