Naxçıvanda dövlət və özəl təşkilatlar arasında keçirilən futzal liqasında 10-cu turun oyunları olub.
NUHÇIXAN xəbər verir ki, yarış Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Naxçıvan Futbol Federasiyasının təşkilatçılığı ilə keçirilir.
Onuncu turda “Birlik” komandası “Ədliyyə Nazirliyi” üzərində qələbə qazanıb - 8:2. Gərgin keçən görüşdə “Mübariz” “Lokomotiv” komandasına 6:2 hesabı ilə məğlub olub. “Türkiyə Səfirliyi” “Antiinhisar və İBNDA” ilə qarşılaşmada 10:4 hesablı qələbə ilə öndə olub. “Badamlı” isə “Qayğı”nı böyükhesablı məğlubiyyətə uğradıb - 19:1. “Diplomatik” komandası “Penitensiar Xidmət”inə 18:3, “Nuhçıxan” isə “Prestij”ə 10:1 hesabla məğlub olub.
Digər nəticələr aşağıdakı kimidir:
“FHN-Xilasedici” - “Ağbulaq” 4:7
“Günnüt” - “Nəqşicahan Holdinq” 3:18
“Nəqliyyatçı” - “Hava Limanı” 4:7
“Mustanq” - “Cahan Holdinq” 1:6
“Panter” - ƏƏSMN 6:2
“DSMF” - “Zirvə” 3:5
Qeyd edək ki, turnir cədvəlinin liderləri “Nəqşicahan Holdinq”, “Badamlı” və “Penitensiar Xidmət” komandalarının aktivlərində 27 xal var.