Futbol üzrə klublararası dünya çempionatının ilk finalçı müəyyənləşib.
NUHÇIXAN xəbər verir ki, birinci yarımfinal oyununda Səudiyyə Ərəbistanının “Əl Hilal” klubu Braziliyanın “Flamenqo” komandası ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən matçda braziliyalılar 3:1 hesabı ilə qalib gələrək finala yüksəliblər.
Digər yarımfinal görüşü isə dekabrın 18-də İngiltərənin “Liverpul” və Meksikanın “Monterrey” klubları arasında oynanılacaq.
Klublararası dünya çempionatının final matçı dekabrın 21-də Qətərin paytaxtı Dohadakı “Education City” stadionunda keçiriləcək.
Qeyd edək ki, son üç ildə bu turnirin qalibi İspaniyanın “Real Madrid” klubu olub.