“Liverpul” klubu “Zalsburq”un hücumçusunu heyətinə qatır

A- A A+

İngiltərənin “Liverpul” futbol klubu Avstriyanın “Zalsburq” komandasının hücumçusu Takumi Minaminonu heyətinə cəlb edir.

NUHÇIXAN İngiltərə mətbuatına istinadla xəbər verir ki, 24 yaşlı yaponiyalı hücumçu dekabrın 18-də Liverpul təmsilçisində tibbi müayinədən keçəcək. Onun qış transfer pəncərəsində “Liverpul”a qoşulacağı bildirilir. İngiltərə klubu bu transfer üçün qarşı tərəfə 9,5 milyon dollar ödəyəcək.

Qeyd edək ki, T.Minamino cari mövsümdə “Zalsburq”un heyətində keçirdiyi 22 oyunda 9 qol vurub və 5 məhsuldar ötürmə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: