İdmançılar Heydər Əliyev muzeyində olublar - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Culfa rayonunda fəaliyyət göstərən idman federasiyalarının bir qrup idmançısının Heydər Əliyev muzeyinə ekskursiyası təşkil olunub. 25 idmançının iştirak etdiyi ekskursiyada qonaqlara muzeyin ekspozisiyası ilə bağlı dolğun məlumat verilib. 

Bildirilib ki, muzeydə Ulu öndərin həyat və fəaliyyətini, zəngin ömür yolu, çoxcəhətli siyasi və dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən eksponatlar sərgilənir. Muzeydə Azərbaycan tarixi üçün əhəmiyyətli sənədlər, Ulu öndərə həsr olunmuş kitablar, xarici ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş fotoşəkillər, böyük dövlət xadiminə məxsus şəxsi əşyalar diqqəti cəlb edir. 

                                                                                                Nurlan Sadiqov

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: