Türkiyə Superliqasının XVI turunun ilk görüşündə qalib müəyyənləşməyib - FOTOLAR
Dekabrın 20-də Türkiyə Superliqasının XVI turunda "Antalyaspor" doğma meydanda "Ankaragücü"nü qəbul edib.
NUHÇIXAN xəbər verir ki, oyunda klublar hər biri 2 top vuraraq heç-heçə ediblər. Görüşdə Antalya təmsilçilərinin qollarını Çico və Qustavo Blanko vurub. Paytaxt klubunun heyətində isə Hektor Kanteros və Stelios Kitsiou fərqləniblər.
Turun digər oyunları dekabrın 21-22 və 23-də keçiriləcək.
Hazırda "Sivasspor" klubu 33 xalla vahid liderdir. "Beşiktaş" və "Başakşəhər" komandaları 27 xalla müvafiq olaraq ikinci və üçüncü pillələrdə qərarlaşıblar.