Hazırda Azərbaycanın “Qarabağ” klubunun şərəfini qoruyan, müqavilə ilə İngiltərənin “Bornmut” klubuna məxsus bosniyalı qapıçı Asmir Beqoviç karyerasını “Vesthem” klubunda davam etdirə bilər.
NUHÇIXAN Bosniya və Herseqovina mətbuatına istinadla xəbər verir ki, “Vesthem” klubunun Asmir Beqoviçlə maraqlanması, futbolçunun da yenidən İngiltərəyə qayıtmaq istəyi ilə üst-üstə düşüb.
Xatırladaq ki, Asmir Beqoviç “Qarabağ”ın heyətinə komandanın Avropa Liqasındakı oyunlar zamanı gücləndirilməsi məqsədilə cəlb edilmişdi. Azərbaycan Premyer Liqasında keçirdiyi on qarşılaşmada beş, Avropa Liqasında isə beş oyuna on qol buraxıb.