Azərbaycan ağırlıqqaldıranı Boyanka Kostova VI Qətər Beynəlxalq Kubokunun qalibi olub.
Azərbaycan Ağır Atletika Federasiyasından (AAAF) NUHÇIXAN-a bildiriblər ki, “Tokio-2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda 59 kiloqram çəki dərəcəsində mübarizə aparan yığmamızın üzvü toplam 221 kiloqram (101+120) nəticə ilə bütün rəqiblərini qabaqlayıb.
Qeyd edək ki, dekabrın 24-dək davam edəcək yarışa Nailxan Nəbiyev (96 kq) və Əliş Nəzərov (109 kq) da qatılıb.