Dekabrın 22-də Türkiyə Superliqasının XVI turunda keçirilən İstanbul derbisində “Fənərbağça” doğma meydanda “Beşiktaş”ı qəbul edib.
NUHÇIXAN xəbər verir ki, “Şükrü Saracoğlu” stadionunda keçirilən oyuna meydan sahibləri fəal başlayıblar. Görüşün 23-cü dəqiqəsində meydan sahiblərinin hücumçusu Maks Kruse onbir metrlik cərimə zərbəsindən fərqlənib. “Fənərbağça” cəmi 9 dəqiqə sonra hesab arasındakı fərqi artırıb. Ozan Tufan çərçivəni dəqiq nişan alıb. Lakin 45-ci dəqiqədə qonaq komandanın yarım müdafiəçisi Atiba Hutçinson hesaba tarazlıq gətirib. Oyunda sonuncu qolu isə 58-ci dəqiqədə “Fənərbağça”nın hücumçusu Vedat Muruqi vurub.
Beləliklə “Fənərbağça” İstanbul derbisini 3:1 hesabı ilə qazanıb.
Günün digər oyunlarında “Gənclərbirliyi” doğma meydanda “Sivasspor”la heç-heçə edib - 2:2. “Başakşəhər” komandası isə “Kayserispor”u 4:1 hesabı ilə məğlubiyyətə uğradıb.
Turun digər oyunları dekabrın 23-də keçiriləcək.
Hazırda “Sivasspor” turnir cədvəlinə 34 xalla liderlik edir. “Başakşəhər” 30 xalla ikinci, “Fənərbağça” isə 28 xalla üçüncü pillələrdə qərarlaşıblar.