Afrikada ilin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib

A- A A+

Afrika Futbol Konfederasiyası (CAF) ilin ən yaxşı futbolçusu adına namizədlərin artıq müəyyənləşdiyini açıqlayıb.

NUHÇIXAN xəbər verir ki, bunlar seneqallı Sadio Mane, misirli Məhəmməd Salah (hər ikisi “Liverpul”) və əlcəzairli Riyad Mahrezdir (“Mançester Siti”). Hər üç futbolçu hücumçudur.

Qalib yanvarın 7-də Misirin Xurqad şəhərində keçiriləcək mərasimdə elan ediləcək.

Xatırladaq ki, son iki ildə Afrikanın ən yaxşı futbolçusu adına Məhəmməd Salah layiq görülüb. Sadio Mane və Məhəmməd Salah 2018-2019-ci illər mövsümündə UEFA Çempionlar Liqasının, Riyad Mahrez isə İngiltərə Premyer Liqasının qalibi olublar.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: