Bakıda döyüş növləri üzrə “Prezident Kuboku” turniri davam edir - FOTOLAR
Azərbaycan Döyüş Federasiyaları Assosiasiyasının (ADFA) təşkilatçılığı ilə “Sərhədçi” İdman Olimpiya Mərkəzində “Prezident Kuboku” uğrunda yarış davam edir.
NUHÇIXAN xəbər verir ki, beynəlxalq döyüş sənətləri festivalının ilk günündə idmançılar alpaqut, muay-tay, uşu-sanda, freefightinq, İTF-taekvondo, S-1 peşəkar liqası, vin-çun növlərində mübarizə aparıblar.
Bu gün yarış iştirakçıları real aykido, muay-tay, uşu-sanda, S-1 peşəkar liqası, kyukşin, ciu-citsu üzrə döyüşlərdə qüvvələrini sınayırlar.
Turnirdə Azərbaycan da daxil olmaqla, 11 ölkədən 900-dən çox idmançı mübarizə aparır.