Niderlandın “Ayaks” klubunun yarımmüdafiəçisi Duşan Tadiç Serbiyada 2019-cu ilin ən yaxşı futbolçusu seçilib.
NUHÇIXAN xəbər verir ki, bu mükafatı 2018-ci ildə İngiltərənin “Fulhem” klubunun hücumçusu Aleksandar Mitroviç qazanıb.
Qeyd edək ki, D.Tadiç cari mövsümdə “Ayaks”ın heyətində keçirdiyi 17 oyunda 9 dəfə fərqlənməyi bacarıb.