Bakı İdman Sarayında kişi və qadın cüdoçular arasında Azərbaycan çempionatı davam edir.
NUHÇIXAN xəbər verir ki, dekabrın 26-da kişilər və qadınlar arasında komanda yarışları start götürüb. Çempionatda komanda yarışları ilk dəfədir keçirilir.
Kişilər 66, 73, 81, 90, 90 kiloqramdan yuxarı, qadınlar isə 52, 57, 63, 70 və 70 kiloqramdan yuxarı çəki dərəcələrində mübarizə aparırlar.
Qeyd edək ki, dekabrın 24-də start götürən ölkə çempionatında fərdi yarışlar başa çatıb. Yarışa bu gün yekun vurulacaq.