Moskvada şahmatın rapid növü üzrə start götürən “King Salman World Cup” adlı dünya çempionatında daha 5 turun oyunları keçirilib.
NUHÇIXAN xəbər verir ki, ötən 10 turun nəticəsinə görə Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov 7 xalla beşinci pillədədir. Komandamızın digər üzvü Qədir Hüseynov eyni xalla 9-cu yerdədir. Turnir cədvəlinə 8 xalla hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen başçılıq edir.
Dünya çempionatı çərçivəsində dekabrın 28-dək davam edəcək rapid yarışlarından sonra blits turniri keçiriləcək.
Yarış dekabrın 30-da başa çatacaq.
Qeyd edək ki, Ş.Məmmədyarov 2013-cü ildə rapid üzrə dünya çempionatının qalibi olub.