Türkiyə Superliqasının XVII turunun ikinci oyun günündə “Başakşəhər”, “Trabzonspor” və “Qalatasaray” komandaları böyük hesablı qələbə qazanıblar.
NUHÇIXAN xəbər verir ki, “Qalatasaray” doğma meydanda “Antalyaspor”un qapısından beş cavabsız top keçirib. “Başakşəhər” komandası doğma divarlar arasında “Kasımpaşa”nı 5:1 hesabı ilə darmadağın edib. “Trabzonspor” isə öz meydanında “Kayserispor”a 6:2 hesabı ilə qalib gəlib. Günün digər oyununda - “Ankaragücü” – “Dənizlispor” matçında qalib müəyyənləşməyib – 2:2.
Qeyd edək ki, turun birinci oyununda “Beşiktaş” doğma meydanda “Gənclərbirliyi” komandasını 4:1 hesabı ilə məğlub edib. Tura dekabrın 29-da yekun vurulacaq.
Hazırda bir oyun az keçirən “Sivasspor” klubu 34 xalla vahid liderdir. İlk beşlikdə “Başakşəhər” (33 xal), “Trabzonspor” (32 xal), “Beşiktaş” (30 xal) və Fənərbağça (28 xal) komandaları yer alıblar.