Naxçıvanda “Heydər Əliyev kuboku”na start verilib - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, bu gün Naxçıvan Muxtar Respublikasında futbol üzrə III Heydər Əliyev kubokuna start verilib. Yarışdan öncə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, qurumun kollektivi, turnirdə idarəçilik edəcək hakimlər, eləcə də Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov ulu öndər Heydər Əliyevin abidəsini və muzeyini ziyarət ediblər.
Bu gün həmçinin, turnirdə ilk turun oyunları da keçirilib. Belə ki, günün ilk görüşündə MOİK və "Şüvəlan" komandaları üz-üzə gəlib. "Şüvəlan" komandasının heyətində Azad Kərimov (avtoqol), Akif Tağıyev və Elvin Adışirinlinin qollarına "hərbiçilər" yalnız Orxan Həsənovun penalti qolu ilə cavab verə biliblər - 3:1
"Heydər Əliyev Kuboku"nun 1-ci turu MOİK-in - "Şüvəlan"a 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb.