Yeniyetmələrin Qış Olimpiya Oyunlarının məşəli Lozannaya yanvarın 9-da gətiriləcək

A- A A+

Sentyabrın 17-də Yunanıstanda alovlandırılan Yeniyetmələrin III Qış Olimpiya Oyunlarının məşəli 2020-ci il yanvarın 9-da Lozannaya, açılış mərasiminin keçiriləcəyi Olimpiya Stadionuna gətiriləcək.

NUHÇIXAN Beynəlxalq Olimpiya Komitəsinin rəsmi saytına istinadla xəbər verir ki, sentyabrın 18-də İsveçrənin paytaxtı Bern şəhərinə gətirilən Olimpiya məşəli təşkilatçı ölkənin 26 kantonunu səyahət edib.

Qeyd edək ki, “Lozanna 2020” Yeniyetmələrin Qış Olimpiadasında dünyanın 70 ölkəsindən 1880 idmançı qüvvəsini sınayacaq. Yarışlar gələn il yanvarın 9-22-də keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: