Yanvarın 2-də futbol üzrə İngiltərə Premyer Liqasının növbəti oyunu keçirilib.
NUHÇIXAN xəbər verir ki, çempionatın lideri “Liverpul” turnir cədvəlində 8-ci yerdə qərarlaşan “Şeffild Yunayted” komandasını qəbul edib.
Görüş Mersessayd təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Yurqen Klopun yetirmələrinin heyətində Sadio Mane və Məhəmməd Salah fərqləniblər. Beləliklə, “Liverpul” cari mövsümdə keçirdiyi 20 oyundan 19-nu qələbə ilə başa vurub.
Məğluiyyətsiz seriyasını davam etdirən “Liverpul” ən yaxın izləyiciləri “Lester Siti”dən13 xal, “Mançester Siti”dən isə 14 xal irəlidədir. Üstəlik o, rəqiblərinə nisbətən bir oyun az keçirib.
Xatırladaq ki, turun birinci oyun günündə aşağıdakı hesablar qeydə alınıb:
“Börnli” - “Aston Villa” - 1:2;
“Brayton” - “Çelsi” - 1:1;
“Nyukasl Yunayted” - “Lester Siti” - 1:1;
“Southemton” - “Tottenhem” - 1:0;
“Uotford” - “Volverhempton” - 2:1;
“Vest Ham” - “Bormunt” - 4:0;
“Mançester Siti” - “Everton” - 2:1;
“Norviç Siti” - “Kristal Palas” - 1:1;
“Arsenal” - “Mançester Yunated” - 2:0.