Bu gün muxtar respublikada gənclərin idmana cəlbi, onlara sağlam həyat tərzinin aşılanması diqqət mərkəzində saxlanılır. Bu işlərin davamlı həyata keçirilməsi və yaradılan müasir idman mühiti gənclərin zərərli vərdişlərdən uzaq durmasına, asudə vaxtlarını daha səmərəli keçirməsinə, həmçinin ölkəmiz üçün beynəlxalq səviyyəli idmançıların yetişməsinə şərait yaradır.
NUHÇIXAN xəbər verir ki, bu yaxınlarda Culfa şəhərində “Məişət binası”nda bütün əzələ qruplarının inkişafı üçün müasir idman avadanlıqları ilə təchiz olunan “Naz Fitness” idman mərkəzi fəaliyyətə başlayıb.
Mərkəz həftənin altı günü, bazar günü istisna olmaqla, səhər saat 09:00-dan axşam 23:00-dək fəaliyyət göstərir.