Niderlandda keçiriləcək Avropa Olimpiya təsnifat turnirinə hazırlığını davam etdirən qadın voleybolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışını başa vurub. Ötən il dekabrın 25-də Bakıda başlayan hazırlıq prosesi Polşada yekunlaşıb.
NUHÇIXAN xəbər verir ki, komandamız Polşada yerli yığma ilə iki qarşılaşmada gücünü yoxlayıb. Hər iki görüşdə Polşa millisi qalib gəlib.
Yığmamız Polşadan əvvəl Türkiyədə də hazırlıq keçib. Millimiz qonşu ölkədə “Fənərbağça” və “Türk Hava Yolları” klubları ilə qüvvəsini sınayıb və hər 2 matç heç-heçə ilə bitib.
Komandamız bu gün Niderlanda yollanacaq.
Qeyd edək ki, “Tokio2020” Yay Olimpiya Oyunlarına lisenziya turniri yanvarın 7-12-də Apeldornda keçiriləcək.