İngiltərənin “Lester” futbol klubunun qapıçısı Kasper Şmeyhel Danimarkada ötən ilin ən yaxşı futbolçusu seçilib.
NUHÇIXAN xəbər verir ki, 33 yaşlı qolkiper “Tottenhem”in yarımmüdafiəçisi Kristian Eriksen və “Borussiya Dortmund”un yarımmüdafiəçisi Tomas Delaneyi qabaqlayıb.
Şmeyhel üçün bu, ikinci belə mükafatdır. O, ilk dəfə 2016-cı ildə ölkəsinin ən yaxşı futbolçusu seçilib. Ötən il isə K.Eriksen bu ada layiq görülüb.