İspaniyanın “Barselona” klubunun hücumçusu Luis Suarez La Liqada dekabrın ən yaxşı futbolçusu seçilib.
NUHÇIXAN xəbər verir ki, 32 yaşlı uruqvaylı hücumçu dekabrda iştirak etdiyi 5 oyunda 3 qol vurub və 6 məhsuldar ötürmə edib. Luis Suarez UEFA Çempionlar Liqasının qrup mərhələsində “Barselona”nın heyətində İtaliyanın “İnter” klubu (2:1) ilə oyunda bir məhsuldar ötürmə ilə yadda qalıb. İspaniya çempionatında isə uruqvaylı hücumçu “Malyorka”, “Real Sosyedad” və “Deportivo Alaves” klubları ilə görüşlərin hər birində 1 dəfə fərqlənib.
Qeyd edək ki, Luis Suarez cari mövsümdə “Barselona”nın heyətində keçirdiyi 22 oyunda 14 qol vurub.