Almaniyanın “Bavariya” klubunun hücumçusu Robert Levandovski ölkə çempionatında mövsümün ilk yarısının ən yaxşı futbolçusu seçilib.
NUHÇIXAN xəbər verir ki, “Kicker” nəşrinin keçirdiyi sorğuda 239 futbolçu iştirak edib. Mövsümün ilk yarısınadək Bundesliqada 19 qol vuran 31 yaşlı polşalı hücumçu səslərin 47,7 faizini toplayıb.
“Leyptsiq”in hücumçusu Timo Verner (14,6 faiz) ikinci, Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Jadon Sanço isə (6,7) üçüncü olub.
Qeyd edək ki, Levandovski “Bavariya”nın heyətində keçirdiyi 25 oyunda 30 dəfə fərqlənib.