“Tokio 2020” Yay Paralimpiya Oyunlarına yollanacaq Azərbaycan nümayəndə heyətinin rəhbəri müəyyənləşib
“Tokio 2020” Yay Paralimpiya Oyunlarına yollanacaq Azərbaycan nümayəndə heyətinin rəhbəri müəyyənləşib.
NUHÇIXAN Azərbaycan Milli Paralimpiya Komitəsinə istinadla xəbər verir ki, “Tokio 2020”də paralimpiyaçıların nümayəndə heyətinin rəhbəri (Chef de mission) komitənin idman şöbəsinin müdiri Rauf Mürsəlov təyin edilib.
Paralimpiyaçılarımız indiyədək “Tokio 2020”yə güllə atıcılığı, atletika, üzgüçülük və pauerliftinq idman növləri üzrə 7 lisenziya qazanıblar. “Tokio 2020”də Azərbaycanın idmanın 7 növü üzrə 32 atlet ilə təmsil olunacağı proqnozlaşdırılır.