İstanbulun “Başakşəhər” futbol klubu yarımmüdafiəçisi Arda Turanla yollarını ayırıb.
NUHÇIXAN xəbər verir ki, 32 yaşlı türkiyəli yarımmüdafiəçinin cari mövsümün sonunda başa çatacaq icarə müqaviləsi vaxtından əvvəl qarşılıqlı razılaşma əsasında ləğv edilib. A.Turan müqavilə ilə “Barselona”ya məxsusdur.
Türkiyə mətbuatı A.Turanın karyerasını “Qalatasaray”, Qətər və ya ABŞ klublarından birində davam etdirəcəyini yazıb.
Qeyd edək ki, yarımmüdafiəçi cari mövsümdə İstanbul klubunun heyətində 12 oyun keçirib.