İspaniyanın “Marca” nəşri La Liqanın ilk dövrəsinin rəmzi “11-liyi”ni açıqlayıb.
NUHÇIXAN xəbər verir ki, ilk “11-lik”də 7 fərqli klubun oyunçusu yer alıb.
Rəmzi heyətdə qapıçı Yan Oblak (“Atletiko Madrid”), müdafiəçilər Xesus Navas, Dieqo Karlos (hər ikisi “Sevilya”), Jerar Pike (“Barselona”), Xose Qaya (“Valensiya”), yarımmüdafiəçilər Martin Edeqor (“Real Sosyedad”), Federiko Valverde (“Real Madrid”), Santi Kazorla (“Vilyarreal”), hücumçular isə Lionel Messi, Luiz Suares (“Barselona”) və Kərim Benzema (“Real Madrid”) yer alıblar.
Qeyd edək ki, La Liqanın ilk yarısından sonra “Barselona” klubu 40 xalla çempionata liderlik edir.