Yüngül çəki dərəcəsində Döyüşçülərin Mütləq Çempionatının (UFC) çempionu Həbib Nurmaqomedov ilə irlandiyalı Konor MakQreqor arasında Rusiyada keçirilə biləcək əvəzçıxma matçı çox böyük miqyaslı döyüş olardı.
NUHÇIXAN xəbər verir ki, irlandiyalı döyüşçünün meneceri Odi Attar bu fikri TASS agentliyinə müsahibəsində söyləyib. Attar deyib: “Hazırda əvəzçıxma matçı barədə danışmaq tezdir, axı bundan əvvəl Konor Serrone ilə, Həbib isə Fergusonla döyüşəcək. Bu döyüşlər hər iki idmançı üçün çox vacibdir. Lakin gələcəkdə əvəzçıxma matçı nə üçün Moskvada keçirilməsin? Rusiyada Konoru sevirlər, aydındır ki, Həbib də bu ölkədə çox populyardır. Belə bir döyüşün Rusiyada keçirilməsi çox baxımlı olardı”.
Nurmaqomedov ilə MakQreqor arasında 2018-ci ilin payızında keçirilmiş döyüşdə rusiyalı idmançı ağrıdıcı fənd işlətməklə qalib gəlib. Rusiyalı döyüşçünün aktivində 28 görüş və 28 qələbə var. MakQreqor qarışıq təknövçülükdə 28 döyüş keçirib. Həmin döyüşlərin 21-i onun qələbəsi ilə, 4-ü isə məğlubiyyəti ilə başa çatıb.
MakQreqor ən yaxın döyüşünü yanvarın 19-da amerikalı Donald Serroniyə qarşı, Nurmaqomedov isə aprelin 18-də digər amerikalı Toni Fergusona qarşı keçirəcək.