İstanbulun “Fənərbağça” klubu heyətinə yeni futbolçu cəlb edib.
NUHÇIXAN xəbər verir ki, İstanbul təmsilçisi Almaniyanın “Ayntraxt” komandasından 27 yaşlı qvineyalı müdafiəçi Simone Faletteni icarə əsasında heyətinə qatıb.
S.Falette satınalma hüququ ilə birgə cari mövsümün sonunadək icarəyə götürülüb.
Qeyd edək ki, qvineyalı müdafiəçi “Ayntraxt” klubunda 43 oyun keçirib və bir dəfə fərqlənib. O, Qvineya milli komandasının heyətində isə 8 oyunda forma geyinib.