Türkiyənin “Qalatasaray” futbol komandası heyətinə yeni futbolçu cəlb edib.
NUHÇIXAN klubun saytına istinadla xəbər verir ki, İstanbul təmsilçisi “Eskişehirspor”in nigeriyalı hücumçusu Jesse Sekidika ilə 4 il 5 aylıq müqavilə imzalayıb.
İyirmi üç yaşlı futbolçu “Qalatasaray” klubunda hər mövsüm üçün 250 min avro məvacib alacaq.
Qeyd edək ki, J.Sekidika “Eskişehirspor”un heyətində keçən mövsüm 13 matçda 6 qol, bu mövsüm 14 görüşdə 8 qol vurub. O, ötən il Bakının “Neftçi” komandasında da baxışda olub.