İngiltərənin “Tottenhem” futbol klubunun kapitanı Harri Keyn zədələnib.
NUHÇIXAN xəbər verir ki, 26 yaşlı hücumçu ölkə çempionatının 21-ci turunda “Sauthempton”la matçda zədələnib. İngiltərəli hücumçu ötən gün təkrar tibbi müayinədən keçib. Onun 4 ay yaşıl meydanlardan kənarda qalacağı məlum olub. İlkin müayinə zamanı Keyndə əzələ yırtığı aşkarlanıb.
Qeyd edək ki, hücumçu cari mövsümdə London klubunun heyətində keçirdiyi 25 görüşdə 17 dəfə fərqlənib və iki məhsuldar ötürmə edib.