İsveçrənin Lozannadakı mənzil-qərargahında Beynəlxalq Olimpiya Komitəsi (BOK) İcraiyyə Komitəsinin illik hesabat yığıncağı keçirilir.
NUHÇIXAN BOK-un rəsmi saytına istinadla xəbər verir ki, İcraiyyə Komitəsinin yanvarın 10-da keçirilən iclasında Yeniyetmələrin IV Qış Olimpiya Oyunlarına ev sahibliyi hüququ Koreya Respublikasının Qanqvon şəhərinə verilib.
Xatırladaq ki, Koreya Respublikasının digər şəhəri Pxençxan 2018-ci ildə XXIII Qış Olimpiya Oyunlarına ev sahibliyi edib.