“Tokio 2020” Yay Olimpiya Oyunlarında ölkəmizi təmsil edəcək Azərbaycan nümayəndə heyətinin rəhbəri müəyyənləşib.
NUHÇIXAN Azərbaycan Milli Olimpiya Komitəsinin saytına istinadla xəbər verir ki, “Tokio 2020”də nümayəndə heyətinin rəhbəri (Şef de-mission) Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov təyin edilib.
F.Mansurov 2004-cü ildə Afina Yay Olimpiya Oyunlarının yunan-Roma güləşi yarışlarında bütün rəqiblərinə qalib gələrək çempion olub.