Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2022-ci ildə Seneqalın paytaxtı Dakarda təşkil olunacaq Gənclərin Yay Olimpiya Oyunlarının proqramına yenidən futzalı əlavə edib.
NUHÇIXAN Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, qərara əsasən, 28 idman növündən biri də futzal olacaq. Burada da həm oğlanlardan, həm də qızlardan ibarət milli komandalar yarışacaqlar. Gender bərabərliyini təmin edən komitə ilk dəfə olaraq komandaların sayının bərabər olmasına qərar verib. Yəni, həlledici mərhələdə 10 oğlan və bir o qədər də qızlardan ibarət milli yarışacaq.
Qeyd edək ki, BOK ilk dəfə 4 il əvvəl - Buenos Ayresdə keçirilən Yay Olimpiya Oyunlarının proqramına futzalı da daxil etmişdi.