On doqquz yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yanvarın 14-dən 17-dək Bakıda, yanvarın 18-dən 28-dək Antalyada təlim-məşq toplanışı, ayın 25-də və 27-də isə Makedoniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə yoldaşlıq oyunları keçirəcək.
NUHÇIXAN xəbər verir ki, təlim-məşq toplanışına Rüstəm Samiqqulin (“Sabah”), Vüsal Şabanov (“Zaqatala”), Müşfiq Nadirov (“Qəbələ”), Emil Bayramov (“Obolon Kiyev”, Ukrayna), Nemət Şixamirov (“Qəbələ”), Nemət Musayev (“Sabah”), Şamil Cəfərov (“Səbail”), Şirin Şirinov (“Keşlə”), Raul Musayev (“Zirə”), Rüfət Əhmədov (“Qəbələ”), Elvin Əliyev (“Səbail”), Fərid Yusifli (“Neftçi”), Nazim Həsənzadə (“Sabah”), Asif Mirzəyev (“Torpedo Moskva”, Rusiya), İbrahim Novruzov (“Keşlə”), Elçin Qasımov (“Turan Tovuz”), Samir Abdullayev (“Keşlə”), Balamirzə Sultanov (“Sabah”), Tural Nəsirov, Samir Məhərrəmli (hər ikisi “Qəbələ”), Mustafa Yıldırım (“Alanyaspor”, Türkiyə), Veysəl Rzayev (“Qəbələ”) və Camal Cəfərov (“Anji Mahaçqala”, Rusiya) dəvət olunublar.