Yanvarın 11-də Niderlandda dünyanın ən mötəbər turnirlərindən biri hesab olunan Veyk-an Zee şahmat festivalı (“Tata Steel Chess 2020”) start götürür.
NUHÇIXAN xəbər verir ki, artıq 82-ci dəfə keçiriləcək turnirin B qrupunda təmsilçimiz Rauf Məmmədov mübarizə aparır. R.Məmmədovun ilk turda rəqibi qazaxıstanlı, 20 yaşadək şahmatçılar arasında dünya çempionu Dinara Sadokasovadır.