Niderlandda dünyanın ən mötəbər turnirlərindən biri hesab olunan Veyk-an Zee şahmat festivalında (“Tata Steel Chess 2020”) Rauf Məmmədov ilk qələbəsini qazanıb.
NUHÇIXAN xəbər verir ki, turnirin B qrupunda mübarizə aparan təmsilçimiz ikinci turda isveçli Nils Grandeliusa qalib gələrək aktivinə 1 xal yazdırıb.
Qeyd edək ki, R.Məmmədovun ilk turda Dinara Sadokasova ilə oyunu heç-heçə başa çatıb.