Qadın voleybolçulardan ibarət millimiz 2021-ci ildə Avropa çempionatının final mərhələsində iştirak edəcək

A- A A+

Avropa Voleybol Konfederasiyası 2021-ci ildə qadınlar və kişilər arasında keçiriləcək Avropa çempionatının final mərhələsində iştirak edəcək komandaların adlarını açıqlayıb.

NUHÇIXAN Azərbaycan Voleybol Federasiyasına istinadla xəbər verir ki, qadın voleybolçular arasında çempionatın final mərhələsində Azərbaycan ilə yanaşı, Serbiya, Bolqarıstan, Xorvatiya, Rumıniya (ev sahibləri), Türkiyə, İtaliya, Polşa, Niderland, Almaniya, Rusiya və Belçika komandaları iştirak edəcəklər.

Kişi voleybolçular arasında final yarışında Polşa, Çexiya, Finlandiya, Estoniya (ev sahibləri), Serbiya, Sloveniya, Fransa, Rusiya, İtaliya, Ukrayna, Almaniya və Belçika güclərini sınayacaqlar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: