Naxçıvan Muxtar Respublikasında futbol hakimləri üçün təlim-məşq toplanışı keçirilir.
NUHÇIXAN AFFA-ya istinadla xəbər verir ki, AFFA Hakimlər Komitəsinin üzvləri – Anar Salmanov və Ömər Paşayevin rəhbərliyi altında keçirilən, Rüstəm Rüstəmlinin məşqçi kimi fəaliyyət göstərdiyi toplanışda 20-yə yaxın hakim iştirak edir.
Nəzəri və praktiki məşğələlərin keçirildiyi hazırlıq prosesi yanvarın 15-dək davam edəcək.