Rauf Məmmədov Veyk-an Zeedə daha bir heç-heçəyə imza atıb

A- A A+

Yanvarın 14-də Veyk-an Zee şahmat festivalının (“Tata Steel Chess 2020”) dördüncü turunun oyunları keçirilib.

NUHÇIXAN xəbər verir ki, turnirin B qrupunda mübarizə aparan təmsilçimiz Rauf Məmmədov növbəti turda Ukrayna təmsilçisi Pavel Eltanovla heç-heçə edib.

Qeyd edək ki, şahmatçımızın 3-cü turda yarışın favoriti, ispaniyalı Anton Guijarla oyununda da bərabərlik qeydə alınmışdı. Təmsilçimiz ötən 4 turun nəticəsinə görə 2,5 xal qazanıb. O, bu göstərici ilə 2 və 5-ci yerləri bölüşür.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: